Rusiya Xarici İşlər naziri Sergey Lavrov Almaniyanın Ukraynaya raket dəstəyi ilə bağlı mövqeyinə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, o, bu barədə VGTRK kanalının jurnalisti Pavel Zarubinə açıqlamasında danışıb.
Lavrov qeyd edib ki, Almaniya kansleri Fridrix Merzin mətbuat konfransında verdiyi açıqlamalar diqqətlə öyrəniləcək:
“Əgər deyilənləri düzgün başa düşmüşəmsə, Merz bildirib ki, Almaniya yalnız Ukraynada müəyyən raket növlərinin istehsalına maliyyə dəstəyi verməyi nəzərdə tutub. Guya hazırda Almaniyadan birbaşa raket göndərilməsi müzakirə mövzusu deyil. Bu, mütləq dəqiqləşdirilməlidir.”
Lavrov həmçinin Almaniyanın atdığı addımların regionda gərginliyi daha da artırdığını və müharibənin davam etməsinə zəmin yaratdığını deyib:
“Bu yanaşma Almaniyanın münaqişəyə birbaşa müdaxiləsi anlamına gəlir. Almaniya, təəssüf ki, bir daha fəlakətə doğru sürüklənir. Ümid edirəm ki, bu ölkədə məsuliyyətli siyasətçilər var və onlar bu təhlükəli kursun qarşısını ala biləcəklər.”
Natiq Səlim,
KONKRET.az