“Lavrov düz deyir, rus qoşunları getsə, müstəqilliyimizi itirəcəyik” – Tarverdyanbackend

"Lavrov düz deyir, rus qoşunları getsə, müstəqilliyimizi itirəcəyik" - Tarverdyan

“Lavrov açıq deyir ki, Rusiya qoşunları getsə, müstəqilliyinizi itirəcəksiniz”.

KONKRET.az xəbər verir ki, bunu “Vahid Ermənistan” partiyasının sədri Yervand Tarverdyan erməni mediasına müsahibəsində deyib.

O xatılrladıb ki, Brüsseldə əldə olunmuş razılaşmaya əsasən Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bildirib.

“Ermənistanın dörd liderinin heç biri Qarabağın müstəqilliyinin tanınması məsuliyyətini öz üzərinə götürməyib, ona görə də bu gün bu mövqedəyik.

Bu gün Qarabağ xalqı öz müstəqilliyi uğrunda mübarizə aparır. Və heç kimin onların öz müqəddəratını təyin etmək hüququna mane olmağa haqqı yoxdur. Azərbaycan və ya Türkiyə ilə münasibətlərimizin tənzimlənməsi prosesini Qarabağ məsələsi ilə əlaqələndirməməliyik. Ermənistanın Baş nazirinə Qarabağ xalqının taleyini həll etmək hüququnu kim verib? Bu, Baş nazirin fikridir. Belə bir sənəd parlamentdə ratifikasiya edilməlidir. Görək bu sənədin məsuliyyətini necə öz üzərinə götürəcəklər”, – deyə Tarverdyan bildirib.

O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “ABŞ İrəvana Rusiya hərbi bazası və sərhədçilərini qovmağı tövsiyə edir” açıqlamasına toxunub.

“Lavrovun bəyanatı ilə tam razıyam. Birbaşa millətimizi təmsil edir. Hardasa birbaşa deyir ki, rus qoşunları gedəndə müstəqil həyata bir-iki gün qalacaq, müstəqilliyinizi itirəcəksiniz. Hakimiyyətin müxtəlif nümayəndələrinin avantüraları nəticəsində biz, doğrudan da, dövlətçiliyimizi itirərək, çıxılmaz vəziyyətdə qala bilərik”, – erməni siyasətçi deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*