Lavrov ETİRAF ETDİ: “Qərb buna mane olmağa çalışır”backend

Lavrov ETİRAF ETDİ: "Qərb buna mane olmağa çalışır"

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb Cənubi Qafqazın Rusiya, İran və Türkiyə ilə inteqrasiyasına mane olmağa çalışır.

KONKRET.az xəbər verir ki, o, bu fikri Rusiya-Ermənistan universitetində müəllim və tələbələrlə görüş zamanı səsləndirib.

Lavrov qeyd edib ki, regionda iki əsas tendensiya toqquşur: biri ölkələrin suveren seçiminə və qonşuların qanuni maraqlarına hörmət, digəri isə Qərbin bölgədə hökmranlıq cəhdidir.

Lavrov “3+3” formatının Rusiya, İran, Türkiyə və Cənubi Qafqaz ölkələrinin əməkdaşlığına əsaslanan platformanın potensialını vurğulayıb. Onun sözlərinə görə, bu format digər tərəfdaşlarla münasibətləri məhdudlaşdırmır.

Nazir əlavə edib ki, Qərbin, xüsusilə Aİ və ABŞ-ın yanaşmaları bölgədə parçalanma riski yaradır. O, Rusiyanın isə bərabərlik və qarşılıqlı hörmətə əsaslanan alternativ təklif etdiyini bildirib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*