Lavrov NÖQTƏNİ QOYDU: Zelenski və Putin görüşməyəcəkbackend

Lavrov NÖQTƏNİ QOYDU: Zelenski və Putin görüşməyəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov NBC News-a müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə Ukrayna lideri  Zelenski arasında görüşün keçirilməsi mümkün deyil.

KONKRET.az xəbər verir ki, Lavrovun sözlərinə görə, belə bir görüş yalnız ortaq “prezidentlik gündəliyi” olduğu halda baş tuta bilər:

“Hazırda belə gündəlik mövcud deyil. Putin yalnız real danışıqlar predmeti olduqda görüşə hazırdır”.

Nazir əlavə edib ki, Ankoric sammitindən sonra ABŞ prezidenti Donald Tramp bir sıra prinsiplər təklif edib. Onların arasında Ukraynanın NATO-ya üzvlüyünə icazə verilməməsi, eləcə də Moskvanın çeviklik nümayiş etdirməyə hazır olduğu ərazi məsələlərinin müzakirəsi də olub.

Lavrovun iddiasına görə, Zelenski bütün təklifləri, o cümlədən Ukraynada rus dilinin qadağasını aradan qaldırmağa dair təşəbbüsü rədd edib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*