Lavrovun təyyarəsi Zaxarovaya görə istiqaməti dəyişdibackend

Lavrovun təyyarəsi Zaxarovaya görə istiqaməti dəyişdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsi Yunanıstanın Skopye şəhərinə uçmaq üçün əvvəlcədən nəzərdə tutulmuş marşrut üzrə hərəkət istiqamətini dəyişib. Belə ki, təyyarə Bolqarıstan üzərindən uçmaq əvəzinə Yunanıstan ərazisi üzərindən keçib.

KONKRET.az xəbər verir ki, buna səbəb rəsmi Sofiyanın Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ilə bağlı qəribə qadağa qərarı olub.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi artıq Bolqarıstan hakimiyyətinin qərarını şərh edib. Zaxarova bunu “rusofobların pis axmaqlığı” adlandırıb. O, Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasını xatırladaraq bildirib ki, həmin sənədə görə hava məkanı “ərazi” termininə daxil deyil.

Xatırladaq ki, bundan az əvvəl Mariya Zaxarova demişdi ki, Qərb dövlətləri Sergey Lavrovun ATƏT Nazirlər Şurasında iştirakına mane olmağa çalışırlar.

Qeyd edək ki, bu gün Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclsı keçiriləcək

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*