Lazer epilyasiyası etdirən kişinin başına iş gəldibackend

Lazer epilyasiyası etdirən kişinin başına iş gəldi

Lazer epilyasiyası etdirən kişinin üzü yanıb.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Bağcılardakı gözəllik mərkəzində yanaqlarındakı tükləri lazer epilyasiyası etdirmək istəyən Erdal Yeşilyurtun prosedurdan sonra üzündə üçüncü dərəcəli yanıq əmələ gəlib.

Xəstəxanada müalicə alan Erdal Yeşilyurt başına gələnləri belə izah edib:

“Yanağımda çoxlu tük var idi. Sırf o tükləri götürmək üçün Bağcılardakı gözəllik salonuna getdim. Lazeroloq temperaturu 26 dərəcə etmişdi. Yeni başlamışdı, o an üzümün yandığını anladım, qolundan tutdum, “dur, bəsdir” dedim. O qədər ağrı verirdi ki, tez ayağa qalxdım. Güzgüyə baxanda gördüm ki, üzümdən sarı maye gəlir. Soruşanda lazeroloq dedi ki, elə-belə bir şeydir, keçəcək”.

Erdal Yeşilyurt gözəllik mərkəzinə qarşı cinayət işi qaldırıldığını bildirib. AZXEBER.COM

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*