Lənkəranda avtomobil 57 yaşlı qadını vuraraq öldürübbackend

Lənkəranda avtomobil 57 yaşlı qadını vuraraq öldürüb

Lənkəran rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Girdəni kəndi ərazisində baş verib.

Viravul kəndi istiqamətindən yüksək sürətlə hərəkət edən “Mersedes” markalı 99 SV 262 dövlət nömrə nişanlı avtomobil yolun kənarında dayanmış 1968-ci il təvəllüdlü Girdəni kənd sakini Ruhəngiz Ağahəsən qızı Babayevanı vurub.

Hadisə yerinə çağrılan təcili tibbi yardım xidməti ağır xəsarət alan qadını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına apararkən həkimə qədər ölüm halı qeydə alınıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*