Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran şəhərinin “Böyük Bazar” deyilən ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran rayonunun Osaküçə kəndində yerləşən “Pambayi” istirahət mərkəzin müdiri 1977-ci il təvəllüdlü Firad Səyad oğlu Həbibov bıçaqlanıb.
5 bıçaq zərbəsi alan yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi yardım göstərildikdən sonra əməliyyat bloku alınıb.
Faktla bağlı araşdırma aparılır.