Lənkəran rayonunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb.
KONKRET.az Report-a istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralının 165-ci km-də baş verib.
Belə ki, 1976-cı il təvəllüdlü Fəxrəddin Şəmsəli oğlu Mirzəyev idarə etdiyi “Toyota Prado” markalı avtomobillə Astara rayonu istiqamətində hərəkətdə olarkən maşın aşıb.
Qəza nəticəsində sürücünün ailə üzvləri və yaxın qohumları – 1980-cı il təvəllüdlü Yeganə Vəlihəd qızı Alişanova ( həyat yoldaşı), 2003-cü il təvəllüdlü Afət Fəxrəddin qızı Mirzəyeva( qızı), 2005-ci il təvəllüdlü Fəxriyyə Fəxrəddin qızı Mirzəyeva (qızı), 1966-cı il təvəllüdlü Tahirə Vəlihəd qızı Alişanova (baldızı) və 2012-ci il təvəllüdlü A.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasınına çatdırılıblar.
Xəsarət alanlardan Yeganə Alişanova cərrahiyyə şöbəsinə yerləşdirilib. Digərlərinin müalicəsi xəstəxanada davam etdirilir.
Məlumata görə, sürücü bildirib ki, ailə ilə Lerik rayonuna toy məclisinə gedirmişlər. Qəzaya sürücünün yuxulaması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.