Lənkəranda “Prius” “Opel”lə toqquşdu – Xəsarət alanlar varbackend

Lənkəranda "Prius" "Opel"lə toqquşdu - Xəsarət alanlar var

Lənkəran rayonunda xəsarətlə ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota Prius” və “Opel” markalı maşınlar toqquşub.

Hadisə nəticəsində 5 nəfər Lənkəran rayonunun Xarxatan kənd sakinləri 1997-ci il təvəllüdlü Mirşamil Namiq oğlu Hüseynzadə, 1997-ci il təvəllüdlü Mirabidin Asəf oğlu Məmmədzadə, Şovu kənd sakinləri 2005-ci il təvəllüdlü Aydan Eldar qızı Alxaslı, 2004-cü il təvəllüdlü Elgin Cavad oğlu Məmmədli və Rvo kənd sakini 2005-ci il təvəllüdlü Fərid Mübariz oğlu Ələsgərli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*