Lənkəranda bir nəfər dənizdə boğulub.
KONKRET.az xəbər verir ki, Lənkəran şəhərinin “Kiçik Bazar” deyilən ərazisində Sahil küçəsində dənizdə yeniyetmə boğularaq ölüb. Əraziyə FHN-nin dalğıc-axtarış qrupunun cəlb olunub və yeniyetmənin meyiti dənizdən çıxarılıb. Meyit təcili tibbi yardım avtomobili ilə Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Onu da bildirək ki, yeniyetmənin ailənin tək övladı olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.