Lənkəranda yük və minik avtomobilləri toqquşdu – FOTObackend

Lənkəranda yük və minik avtomobilləri toqquşdu - FOTO

Lənkəranda yük avtomobili minik avtomobili ilə toqquşub.

KONKRET.az apa-ya istinadla xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının 207-ci km-də, Lənkəran rayonunun Gərmətük qəsəbə ərazisində qeydə alınıb. Hərəkətdə olan “Ford” markalı yük avtomobili, “Vaz-2104” markalı maşınla toqquşub. Qəza nəticəsində “Vaz-2104” markalı maşının sürücüsü Lənkəran rayonunun Gərmətük qəsəbə sakini 1976-cı il təvəllüdlü Natiq Mirzəbaba oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*