“Ruslar “Arsax”ın “dövlət naziri”nin bəyanatını anlamayıblar”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Qarabağda yerləşən Rusiya sülhməramlılarının komandanlığına yaxın mənbədən öyrəndik ki, Rusiya tərəfi Qarabağda anti-Rusiya əhval-ruhiyyəsinin formalaşması faktından narahatdır. Xüsusilə, “dövlət naziri” Qurgen Nersisyanın ötən həftə Bakıya gedən Aleksandr Lentsovun Azərbaycan tərəfi ilə razılığa gələ bilmədiyi barədə “bəyanatı” rusları çox təəccübləndirib.
Mənbələrimiz deyirlər ki, hətta bəzi “hökumət dairələr”i də çaşqınlıq içərisindədir. Onlar başa düşmürlər ki, bazar günü qeyri-iş günü olan Nersisyanın tələsik açıqlama verməkdə məqsədi nə olub. Hesab edirlər ki, “Arsax” “hakimiyyət”ini Nikol Paşinyan idarə edir və Rusiyanın Qarabağda sıfır rolu olduğunu göstərməyə çalışır.
Xatırladaq ki, Nersisyan görüş barədə belə məlumat verib:
“Müzakirələrin nəticələrinə görə, vəziyyətin müsbət dəyişməsi və 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan şərtlərin bərpası ilə bağlı razılığa gəlmək mümkün olmadı”.
Nersisyan həmçinin qeyd edib ki, ən qısa zamanda yeni görüşün keçirilməsi planlaşdırılır. Harada, hansı formatda, o, ətraflı açıqlama verməyib”, – deyə media yazıb.
Mənbə Lentsovun görüşdən qabaq qondarma quruma nə vəd etdiyini açıqlayıb.
“Bu arada “hökumət”ə yaxın mənbəmiz iddia edir ki, Lentsov həm getməzdən əvvəl, həm də getdikdən sonra “Arsax” “hakimiyyət”inə Bakıya səfərindən böyük gözləntilər gözləməməyi açıq şəkildə bəyan edib.
9 noyabr bəyanatını imzalayan tərəflərin razılaşması çərçivəsində məsələ tamamilə siyasi müstəvidə olduğundan Laçın keçid məntəqəsinin yığışdırılmasını gözləməyə dəyməz.
O hətta bəyan edib ki, onun məlumatına görə, mayın 25-də Putinin vasitəçiliyi ilə Paşinyanla Əliyev arasında görüş keçirilməlidir və keçid məntəqəsi məsələsi həmin görüşdə müzakirə olunacaq”, – deyə erməni mediası bildirib.
Xuraman Etibarlı,
KONKRET.az