Lerikdə mikroavtobus dərəyə aşdı – Xəsarət alan varbackend

Lerikdə mikroavtobus dərəyə aşdı - Xəsarət alan var

Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qışlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, Lerik rayon sakini 1965-ci il təvəllüdlü Höccətov Mehman Ağamməd oğlunun idarə etdiyi  “Ford Transit” markalı mikroavtobus idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza zamanı maşından yerə çırpılan sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həkimlər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M.Höccətovun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*