“Ləyaqətli lider Ərdoğanın andiçmə mərasimində iştirak etməzdi” – Paşinyanın Türkiyə səfərinə sərt REAKSİYAbackend

"Ləyaqətli lider Ərdoğanın andiçmə mərasimində iştirak etməzdi" - Paşinyana sərt REAKSİYA

“Paşinyan ayaqqabılarını təmizləmək üçün ağasının, Ərdoğanın yanına gedib”.

KONKRET.az xəbər verir ki, Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Tiran Lokmaqozyan belə deyib.

O bildirib ki, Ermənistanın maraqlarını təmsil edən ləyaqətli lider Ərdoğanın andiçmə mərasimində iştirak etməyə getməzdi.

“Türkiyə bizi alçaltmaqda davam edir. Onlar deyir ki, bu iki il ərzində Ermənistanla münasibətlərin normallaşması barədə bir kəlmə də görməyəcəksiniz. Açıq deyirlər: get Azərbaycanla dil tap, sonra bizə gələcəksən. Bundan sonra da Türkiyə əlaqələr qurmağa söz vermir: onlar öz maraqlarını durmadan irəli aparırlar”, – deyə Tiran Lokmaqozyan əlavə edib.

Onun iddiasına görə, otuz ildir ki, Türkiyə erməni liderlərini tələyə salmağa çalışır:

“Keçmiş prezidentlərlə bu məsələdə heç nə əldə olunmayıb. Paşinyanın isə tələyə düşmək problemi belə yoxdur. Axı o, hakimiyyətə məhz Türkiyənin göstərişi ilə gəlib. Paşinyan öz işini başa çatdırmaq istəyir, dəyişməz olaraq düşmənlərimizlə, yəni dostları ilə işləyir. Əgər İran və Rusiyadan təpki olmasaydı, mənim hesablamalarıma görə, Türkiyə-Paşinyan proqramı bir il əvvəl həyata keçirilərdi, – deyə Tiran Lokmaqozyan bildirib.

Günel Mikayılova,

KONKRET.az

  • Orkhan
    İyun 4, 2023 - 17:32

    Mən düşünürəm ki, dövlətlər arasında dostluq yox da mənfəətlər var. Bugün Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya, Gürcüstan arasında əlaqələr iqtisadi və siyasi baxımdan birləşib irəli getmək varsa, mən bunun əleyhinə deyiləm. Nə vaxta qədər düşmənçilik olacaq? Nə vaxta qədər millətlər bir birinin övladını itirəcək bu siyasi oyunlara görə? Ermənistan ağıllı olsa, Türkiyə ilə də Azərbaycanla da yaxşı əlaqələr qurardı. Zarafat deyil, bu ölkələrlə münasibətləri bərpa edib gələcəyə baxsa Ermənistanın nə Fransaya nə də Rusiyaya ehtiyacı olmayacaq. Regionda sülh əmin-amanlıq bərpa olunmalıdır. Pasinyan nə məqsədlə andiçmə mərasiminə gedib onu bilmirəm, amma çox gözəl bir jest idi… Ləyaqətsizlik deyil, bugün onun dövlətinə gərəkli olanı edir deyə düşünürəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*