“Lift diplomatiyası”nın uğurunun “Brüsseldə dialoqla” əvəzlənməsi Bakı üçün nəticəli olacaq” – AÇIQLAMAbackend

"Lift diplomatiyası"nın uğurunun "Brüsseldə dialoqla" əvəzlənməsi Bakı üçün nəticəli olacaq” - AÇIQLAMA

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş baş tutacaq. Görüş faktiki olaraq üçüncü tərəfsiz ( Şarl Mişel iştirak edəcək, lakin o, sərbəstliyə imkan yaradacaq) keçiriləcək. Bu, liderlər arasında birbaşa ünsiyyət üçün müsbət addım ola bilər”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov səsləndirib. O bildirib ki, “Lift diplomatiyası”nın uğuru məlumdur, bu dəfə onun “Brüsseldə bağlı qapılar arxasındakı dialoqla” əvəzlənməsi Azərbaycan üçün yenə nəticəli olacaq: “Beynəlxalq Məhkəmənin Ermənistanın “əsirlərlə” bağlı iddiasını rədd etdiyini nəzərə alsaq , görüşdə Azərbaycan bütün mövzularda üstün mövqedə olacaq. Görüşdə Şarl Mişel Ağ Evin istəklərini tərəflərə çatdıracaq, yəqin ki, Bakı və İrəvana təkliflər irəli sürüləcək. İstisna deyil ki, Aİ Qarabağ və Şərqi Zəngəzura hümanitar məsələlərin həllini sürətləndirmək üçün maddi yardım ayıra bilər”.

Zaur Məmmədov: Ölkəmizdə qapanmalara gedilib-gedilməməsi vətəndaşların  məsuliyyətindən və qaydalara necə yanaşmasından asılıdır

Politoloqun sözlərinə görə, Azərbaycan üçün vacib olan Brüssel görüşündə Üçtərəfli Bəyanata vurğu edilməsidir ki, çox güman əsas fokus bu istiqamət üzrə olacaq: “Beləliklə, Azərbaycan və Ermənistan arasında bu dəfəki görüş də, olduqca vacib və aktual mahiyyət daşıyır. Ələlxsus tərəflərin Brüsseldə bir araya gəlməsi, bu görüşə xüsusi kalorit qatır. Məlum məsələdir ki, Azərbaycan və Ermənistan arasındakı bütün ziddiyyətlərin müzakirəsində aparıcı qüvvə Rusiyadır. Bu görüşdən konkret nəticələr gözləməyə dəyməz. Amma, Qərbdəki belə görüşlər hər iki liderin demokratik abu – havada ünsiyyəti üçün vacibdir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*