Litva Baltikyanı regionda mühüm enerji obyektlərinin qorunması üzrə NATO proqramının iştirakçısına çevriləcək.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Dovile Şakaliene jurnalistlərə bildirib: “Bizim imkanlarımızın bəziləri milli kontekstdə, bəziləri isə NATO səviyyəsində istifadə olunacaq”. Nazir Vilnüsün missiyaya nələri cəlb edəcəyi barədə ətraflı məlumat verməyib. Finlandiya KİV-i xəbər verir ki, Baltik dənizində yerləşən və missiyada iştirak etmək üçün xüsusi olaraq gələn NATO-ya üzv ölkələrin on gəmisinin bu həftə infrastruktur kabellərinin keçdiyi ərazidə keşik çəkmə faktı var.
Vəli Həsənoğlu,
KONKRET.az