Litva prezidenti Qitanas Nauseda balerina İlze Liepanı Rusiyaya dəstək verdiyinə görə vətəndaşlıqdan məhrum edib.
KONKRET.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat attaşesi Ridas Jasulenis bildirib. Onun sözlərinə görə, bu qərarı Milli Vətəndaşlıq Komissiyası tövsiyə edib.
Qeyd edək ki, sənətçi müsahibələrinin birində bildirmişdi ki, o, Ukraynada baş verənləri fundamental dəyərlərin qarşıdurması kimi qiymətləndirir.
Xatırladaq ki, balerina 2000-ci ildə litvalı rəqqasə Petras Skirmantas ilə “Böyük Teatr”ın səhnəsində uzun illər çıxışlarına görə istisna olaraq Litva vətəndaşlığını almışdı.
Rəsmiyyə Şərifova,
KONKRET.az