Litva Prezidenti Kalininqrala tranzitin məhdudlaşdırılmasını və Belarusla sərhədin uzun müddətli bağlanmasını təklif edir.
KONKRET.az xəbər verir ki, Litva Prezidenti Gitanas Nauseda Belarusdan qaçaqmalçılığın qarşısının alınması üçün uyğun addımların atılçasını vacib sayır.
“Prezident son günlər baş verən insidentləri və hava limanının fəaliyyətindəki fasilələri Litvaya qarşı hibrid hücum kimi qiymətləndirir, buna həm mütənasib, həm də qeyri-mütənasib şəkildə cavab verilməlidir”, – bazar günü prezidentin ofisindən bildirilib.
Qeyd olunur ki, hökumət yaxın günlərdə cavab variantlarını açıqlayacaq.
“Müzakirə olunan variantlar arasında Belarusla sərhədin uzun müddətə bağlanması və Kalininqrada tranzit məhdudiyyətləri daxildir” – şərhdə deyilir.
Prezident bazar ertəsi bu məsələ ilə bağlı idarələrarası müşavirə keçirəcək.
