Litva Prezidenti: Bu, NATO-nun nüfuzuna zərbə olacaqbackend

Litva Prezidenti: Bu, NATO-nun nüfuzuna zərbə olacaq

NATO-nun Ukraynanın gələcək üzvlüyü ilə bağlı verdiyi vəddən imtina etməsi Alyansın nüfuzuna ciddi zərbə vura bilər. Bu barədə Litva Prezidenti Gitanas Nauseda bəyanat verib.

KONKRET.az xəbər verir ki, Nauseda fikrini belə əsaslandırıb: “Son üç sammitdə NATO ölkələri Ukraynanın Alyansa inteqrasiyası ilə bağlı mətnləri çox açıq şəkildə gücləndiriblər. İndi isə bu vədlərdən sadəcə geri çəkilmək Alyansın etibarlılığına böyük zərbə olardı.”

Litva lideri vurğulayıb ki, NATO-nun verdiyi sözlərdən dönməsi təkcə Ukraynaya deyil, bütün tərəfdaşlara mənfi siqnal ola bilər və Alyansın reputasiyasını sarsıdar.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*