Litva Ukraynaya dəyəri 5 milyon avro olan 4,5 min PUA verib.
KONKRET.az xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb: “Dronların ilkin partiyası Ukraynaya gəlib və ötən həftənin sonunda təhvil verilib”. PUA-ların növləri və istehsalçısı dövlət göstərilməyib.
İlkin olaraq PUA-nın təhvil verilməsi 2024-cü ilin sonuna planlaşdırılırdı. Hüquqi prosedurların koordinasiyası səbəbindən proses ləngiyib. Bu il Vilnüs Kiyevi hava hücumundan müdafiə texnikası, döyüş sursatları, PUA-lar və onlarla mübarizə sistemləri ilə təchiz etməyi, minalardan təmizləmə üzrə beynəlxalq koalisiyanın fəaliyyətini genişləndirməyi, Ukraynanın müdafiə sənayesinin maliyyələşdirilməsində iştirak etməyi, Ukrayna hərbçilərinin təlimini və onların xəsarətlərdən sonra reabilitasiyasını planlaşdırır.
Vəli Həsənoğlu,
KONKRET.az