Litva prezidenti Gitanas Nauseda İsraili aclıqdan siyasi alət kimi istifadə etməməyə çağırıb.
KONKRET.az xəbər verir ki, Litva İsraili tənqid atəşinə tutub:
“Qəzza zolağında humanitar vəziyyət faciəvi olaraq qalır. Aclıqdan siyasi və ya hərbi alət kimi istifadə edilə bilməz”, – Litva lideri Vilnüsdə səfərdə olan İsrail prezidenti İsaak Hersoqla birgə mətbuat konfransında deyib.
O, yəhudi dövlətini Qəzzadakı humanitar böhranın həlli üçün təcili tədbirlər görməyə çağırıb. “Kifayət qədər humanitar yardım və onun Qəzza zolağının mülki əhalisinə, xüsusən də qadınlara və uşaqlara paylanmasını təmin etmək lazımdır”, – Nauseda bildirib.
İsrail prezidentinin səfəri etirazlarla müşayiət olunur. Fəallar Litva prezidentinin sarayının qarşısında piket keçiriblər və axşama 500-ə qədər insanın iştirakı ilə mitinq elan edilib.
Müşviq Tofiqoğlu
KONKRET.az