Livanda hava limanını su basdı – VİDEObackend

Livanda hava limanını su basdı - VİDEO

Livanın paytaxtı Beyrutda səhər saatlarında qəfildən başlayan leysan qısa müddətdə daşqınlara səbəb olub. 

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, güclü yağışdan sonra Beyrut Beynəlxalq Hava Limanının sərnişin terminalını su basıb.

Sosial mediada paylaşılan görüntülərdə eskalator və tualetlərin su altında qaldığı, Livana daxil olan sərnişinlərin çamadanlarını suda daşıdığı görünür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*