Livanda öldürülən SEPAH generalının cəsədi tapıldıbackend

Livanda öldürülən SEPAH generalının cəsədi tapıldı

İsrailin Beyrut hücumunda ölən iranlı general Abbas Nilforuşanın cəsədi dağıntılar altından tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr Bölməsi açıqlamasında bildirib.

Qeyd edək ki, İsrailin Beyruta endirdiyi hava hücumunda ölən general Abbas Nilforuşan SEPAH-ın Livandakı müşaviri idi.

Məlumata görə, sentyabrın 27-də “Hizbullah” lideri Həsən Nəsrullahla birgə öldürülən general Abbas Nilforuşanın cəsədi axtarış qrupları tərəfindən tapılıb.

Nilforuşanın cənazəsinin İrana təhvil vaxtı və dəfn mərasimi ilə bağlı təfərrüatlar daha sonra açıqlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*