Sentyabrın 10-da Liviyada baş verən daşqınlar ölkənin şərqindəki Derna şəhərinin böyük bir hissəsini dağıdıb.
KONKRET.az xəbər verir ki, bu barədə BVS telekanalı məlumat yayıb.
Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, 11300-ə yaxın insan həlak olub, min nəfər isə itkin düşüb.
BMT-nin yaydığı açıqlamada qeyd edilir ki, bir milyona yaxın insanın yardıma ehtiyacı var.
Dernadakı çəkiliş qrupu qeyd edib ki, şəhərin mərkəzində iş tam sürətlə gedir. Xilasedicilər, təcili tibbi yardım briqadaları və məhkəmə-tibb ekspertləri həlak olanların kimliyini öyrənmək üçün çalışırlar.
Liviya hakimiyyəti isə sakinləri “Daniel” qasırğası ilə bağlı xəbərdar etməmələri ilə bağlı ittihamları rədd edib.
Ariz Həsənoğlu,
KONKRET.az