Lokmaqozyan: “Paşinyanın erməni olub-olmaması çox şübhəlidir”backend

Lokmaqozyan: “Paşinyanın erməni olub-olmaması çox şübhəlidir”

Bu gün türkoloq Varujan Qeqamyan öz Telegram kanalında yazıb ki, Türkiyənin böyük auditoriyaya malik “Independent Türkçe” nəşrinin baş redaktoru, tanınmış jurnalist Nevzat Çiçək dünən verdiyi müsahibədə bildirib ki, Nikol Paşinyan lazım gələrsə, Türkiyə tərəfindən ciddi qorunmalıdır

KONKRET.az xəbər verir ki, türkoloq Tiran Lokmaqozyan V.Qeqamyanın fikrini şərh edərək vurğulayıb ki, Türkiyə və Azərbaycan Ermənistandakı vəziyyətə nəzarət etmək üçün lazım gələrsə, ölkəyə birgə qoşunlar göndərə bilər.

“Bu bəyanatlar bizim dəfələrlə danışdığımız mövzularla bağlıdır: Nikol Paşinyan Türkiyə və Azərbaycan üçün məqbuldur. 5 ildən artıqdır ki, biz Nikol Paşinyanın kim olduğunu, kimin üçün çalışacağını, nə edəcəyini deyirik, ona görə də təəccüblü heç nə yoxdur.

Və bu gün Azərbaycanda, Türkiyədə erməni xalqının küçələrdə olduğunu görəndə narahat olurlar, o getsə, sona qədər planlarını həyata keçirə bilməyəcəklərini düşünürlər. Nikol Paşinyanın arxasında Türkiyə-Azərbaycan tandemi dayanır, artıq Türkiyədən gələn bəyanatlardan da göründüyü kimi, onlar hətta müdaxilə etməyə və Ermənistanda Nikolun hakimiyyətini güc yolu ilə saxlamağa hazırdırlar”, – deyə Tiran Lokmaqozyan bildirib.

“Nikol Paşinyan erməni xalqına yalan danışır, deyir ki, sülh əldə etmək üçün əraziləri vermək lazımdır. İlham Əliyev isə Ermənistana yeni tələblər təqdim edir”.

Düşmənin diplomatiyasını yaxşı bildiyim üçün bir neçə ildir deyirəm ki, düşmənə bir qarış torpağı da vermək olmaz, çünki düşmənin xasiyyəti var, ona nə qədər güzəşt etsələr, o qədər çox almaq istəyir, bir o qədər də onlar versələr, daha çox almağa çalışacaqlar. Ona görə də tam əminliklə deyirəm ki, Nikol Paşinyanın erməni olub-olmaması çox şübhəlidir, eyni sözləri bir neçə hökumət nümayəndəsi haqqında da deyə bilərəm”, – deyə Tiran Lokmaqozyan vurğulayıb.

Natiq Səlim,

KONKRET.az

  • Mən
    İyun 1, 2024 - 07:36

    Sən Azərbaycan torpaqlarını qaytarmagı ədalətsizlik hesab edirsən gic erməni,Paşinyan bizə Ermənistan torpagını qaytarmır ki,öz torpagımızı qaytarır.Özüdə xoşluqnan qaytarmır məcburiyyətdən qaytarır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*