“London kinoteatrı ictimaiyyətin mənfi reaksiyasına görə süni intellektin yaratdığı ssenari ilə filmin dünya premyerasını ləğv edib”.
KONKRET.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Ənənəvi olaraq kult və sənətkarlıq filmlərini nümayiş etdirən Londonun “Prince Charles” kinoteatrı bazar günü “Sonuncu ssenari müəllifi”nin yeni əsərini nümayiş etdirməli idi. Lakin kinoteatr sosial şəbəkələrdə nümayişin baş tutmayacağını açıqlayıb.
“Filmi elan etdikdən sonra son 24 saat ərzində mənfi rəylər alındı. Bir çox tamaşaçı ssenari müəllifinin süni intellekt olmasından ciddi narahat olduğunu gizlətməyib. Əlbəttə, bu da film sənayesində heç kimin təsəvvür eləmədiyi geniş bir məsələni özündə əks etdirir”, – kinoteatrın bəyanatında deyilir.
Rejissoru Peter Luisinin olduğu və baş rolda Nikolas Popplenin çəkildiyi “Son Ssenari müəllifi” bildirilib ki, kinoteatr 200 şikayətdən sonra nümayişi ləğv edib, lakin aktyor və heyət üçün özəl nümayiş hələ də Londonda keçiriləcək.
“Düşünürəm ki, insanlar layihə haqqında kifayət qədər məlumatlı deyillər. Bütün eşitdikləri budur ki, süni intellektlə yazılmış ilk filmdir deyə ziyanlıdır”.
Günel Mikayılova,
KONKRET.az