“Qarabağ” tarixində 3-cü dəfə Çempionlar Liqasının pley-offundabackend

"Qarabağ" tarixində 3-cü dəfə Çempionlar Liqasının pley-offunda

Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb.

KONKRET.az xəbər verir ki, Ağdam klubu Bolqarıstan “Ludoqorets”i ilə səfərdə qarşılaşıb.

İlk matçda Bakıda rəqibinə 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun komandası cavab görüşündə 7:2 hesablı möhtəşəm qələbə qazanaraq tarixində 3-cü dəfə ÇL-in pley-offuna yüksəlib. Ağdam təmsilçisi buna qədər 2 dəfə ÇL-də pley-offda oynayıb. Komanda eyni zamanda ən pis halda Avropa Liqasında Liqa mərhələsinə vəsiqəni təmin edib.

“Qarabağ” ÇL-in pley-off mərhələsində Zaqreb “Dinamo”su (Xorvatiya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off görüşləri 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında Azərbaycan klubu rəqibinin qapısından daha bir qol keçirib.

KONKRET.az xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda 118-ci dəqiqədə Yasin Benziya fərqlənib.

Bu qoldan sonra hesab 7:2 “Qarabağ”ın xeyrinə dəyişib.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında Azərbaycan klubu rəqibinin qapısından ard-arda iki qol keçirib.

KONKRET.az xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda 111-ci dəqiqədə Redon Cica, 112-ci dəqiqədə isə Patrik Andrade meydan sahiblərini məyus edib.

Bu qollardan sonra hesab 6:2 “Qarabağ”ın xeyrinə dəyişib.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında daha bir qol vurulub

KONKRET.az xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda təmsilçimiz hesabı 4:2-yə çatdırıb.

93-cü dəqiqədə Toral Bayramov komandasının növbəti qoluna imza atıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında “köhlən atlar” hesabdakı fərqi artırıb.

KONKRET.az xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda təmsilçimiz hesabı 2:4 edib.

93-cü dəqiqədə Toral Bayramov komandasının növbəti qoluna imza atıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında 90 dəqiqə başa çatıb.

KONKRET.az xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunun əsas vaxtı təmsilçimizin qələbəsi ilə başa çatıb – 3:2.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesabı ilə qalib gəldiyi üçün ümumi hesab bərabərləşib.

Qarşılaşmanın taleyi hər biri 15 dəqiqədən ibarət iki əlavə hissədə də həll olunmasa, penalti zərbələrinə ehtiyac duyulacaq

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında ikinci hissə başlayıb.

***

KONKRET.az xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda təmsilçimiz hesabda öndədir – 3:2.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında ilk hissə başa çatıb.

KONKRET.az xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda təmsilçimiz üçüncü qolu vuraraq fasiləyə üstün yollanıb – 3:2.

45+5-ci dəqiqədə Patrik Andrade adını tabloya yazdırıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

22:45

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında hesab bərabərləşib.

KONKRET.az xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda təmsilçimiz hesaba tarazlıq gətirib – 2:2.

45+1-ci dəqiqədə Yasin Benziya penalti zərbəsini dəqiq yerinə yetirib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

22:30

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında üçüncü qol vurulub.

KONKRET.az xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda meydan sahibləri hesabda önə keçib – 2:1.

23-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Dua Kvadvo dubl müəllifi olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

22:18

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında ikinci qol vurulub.

KONKRET.az xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda meydan sahibləri hesabı bərabərləşdirib – 1:1.

13-cü dəqiqədə Dua Kvadvo dəqiq zərbə müəllifi olub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

22:09

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçında hesab açılıb.

KONKRET.az  xəbər verir ki, “Ludoqorets Arena”dakı oyunda Azərbaycan klubu hesabda önə çıxıb.

7-ci dəqiqədə Juninyo fərqlənib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

22:06

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçı start götürüb.

KONKRET.az xəbər verir ki, qarşılaşma “Ludoqorets Arena”da keçirilir.

Matçı italiyalı baş hakim Simone Soçça idarə edir.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

21:55

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün baş tutacaq “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

KONKRET.az xəbər verir ki,  “Ludoqorets Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo

Ludoqorets: Hendrik Bonmann, Anton Nedyalkov, Olivye Verdon, Diniş Almeyda, Son, Pedro Naressi, Deroy Duarte, Yakub Pyotrovski, Rik, Dua Kvadvo, Ruan Seko.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*