Lukaşenko 29 ölüm faktının üstündən xətt çəkdi: “Biri də virusdan ölməyib”backend

Lukaşenko 29 ölüm faktının üstündən xətt çəkdi: “Biri də virusdan ölməyib”

Belarusiyada xəstələrin ölümünün səbəbi koronavirus deyil, insanların buna qədər keçirdiyi xroniki xəstəliklərdir.

KONKRET.az xəbər verir ki, bu sözləri Belarusiya prezidenti Aleksandr Lukaşenko BelTA-ya bildirib.

Beləliklə, dövlət başçısı vəziyyətdən qorxan vətəndaşlarını sakitləşdirmək qərarına gəlib. “Bircəsi də! Onlar yaşadıqları xroniki xəstəliklərdən ölüblər”, – prezident deyib.

Lukaşenko qeyd edib ki, ölümlərin səbəbi ağciyər çatışmazlığı, şəkərli diabet və diaqnozunu “öyrənmək mümkün olmayan” digər xəstəliklərdir. Belarusiyada heç kim koronavirusdan ölməyəcək. Belarus xarici təcrübədən istifadə edərək necə işləyəcəyini bilir. Xəstələri xilas edəcək dərmanlar tapılıb: “Buna görə də biz hər bir insan üçün nəyinki çalışacaq, tam olaraq vuruşacağıq. Və o şəxs özü təslim olmasa, mütləq sağalacaq”.

Xatırladaq ki, hazırda Belarusiyada ölən 29 xəstədə koronavirus aşkarlanıb. 2919 nəfər yoluxan var.

Qaynarinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*