Lukaşenko Putin və digərləri ilə nahara qatılmayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Belarusun “Naşa Niva” nəşri məlumat yayıb.
Nəşr iddia edir ki, bu, çox güman ki, Belarus prezidentinin səhhəti ilə bağlıdır.
Belarus Prezidenti Aleksandr Lukaşenko Qələbə günü münasibətilə Moskvada Rusiya Prezidenti Vladimir Putin və digər liderlərlə nahara qatılmayıb və Minskə qayıdıb.
Qəzet məlumatın mənbəyini qeyd etmədən yazır: “Lukaşenko Qələbə Paradından sonra ölkə liderləri üçün verilən naharda iştirak etməyib”.
Nəşr yazır ki, məhz səhhətinə görə Belarus Prezidenti Aleksandr parkına hamı ilə piyada getməyib, “Əbədi məşəl”ə maşınla gedib.
Nəşr onu da qeyd edib ki, bu gün Lukaşenkonun sağ əlində sarğı olub.
Belaruslu politoloq Dmitri Bolkuntsun sözlərinə görə, Qələbə paradından sonra Belarus Prezidentinin səhhəti pisləşib və Moskvanı tərk edib.
O, təcili tibbi yardım maşınının müşayiəti ilə hava limanına aparılıb.
Xuraman Etibarlı,
KONKRET.az