Lukaşenko ilə Pezeşkian arasında görüş başladıbackend

Lukaşenko ilə Pezeşkian arasında görüş başladı

Belarus Prezidenti Aleksandr Lukaşenko və İran Prezidenti Məsud Pezeşkian arasında Minskdə görüş keçirilir.

KONKRET.az xəbər verir ki, bu barədə Belta məlumat yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli əməkdaşlıq perspektivlərini və beynəlxalq vəziyyəti müzakirə edirlər.

Qeyd edilib ki, danışıqlar həm geniş, həm də məhdud tərkibdə keçiriləcək.

Məlumata görə, Lukaşenko və Pezeşkian Belarus və İran arasında ticarət, investisiya və sənaye kooperasiyası, elm, texnologiya və təhsil sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avrasiya İqtisadi İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS və BMT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*