Lukaşenko İlham Əliyevi təbrik etdibackend

Lukaşenko İlham Əliyevi təbrik etdi

Belarus lideri Aleksandr Lukaşenko dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

KONKRET.az xəbər verir ki, Aleksandr Lukaşenko dövlət başçısını ad günü münasibətilə təbrik edib, dövlətçilik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.

Azərbaycan və Belarus prezidentləri ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluqlarını bildirib, gələcəkdə əlaqələrimizin daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.

Telefon söhbəti zamanı dövlət başçıları əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*