Lukaşenko mayın 9-dan bəri ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
KONKRET.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Lukaşenko bu gün Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının mərkəzi komanda qərargahında olacaq.
O, hava hücumundan müdafiədə döyüş növbətçiliyi tapşırıqlarının təşkili və icrası ilə bağlı hesabatı dinləyəcək.
Xuraman Etibarlı,
KONKRET.az