Lukaşenko: Paşinyan Ermənistanı məhv edəcəkbackend

Lukaşenko: Paşinyan Ermənistanı məhv edəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan rəhbərliyini Avropa İttifaqı ilə oyuna girməkdən çəkindirib.

KONKRET.az BELTA-ya istinadla xəbər verir ki, Lukaşenko bununla bağlı Minskdə jurnalistlərə açıqlama verib.

“Onlar Aİ ilə oyun oynamağa başladılar. Çox təhlükəli oyundur. Onu (Ermənistanın baş naziri Nikol Paşinyan – red.) sakitləşdirin. O, Ermənistanı məhv edəcək. Rusiyanı da özünə qarşı qoyur. Mühasirəyə alınıb, ərazisi kiçikdir. Əhali cəhətdən böyük ölkə deyil və düşmənlərlə əhatə olunub”, -deyə Belarusun dövlət başçısı qeyd edib.

Lukaşenko Ermənistan rəhbərliyinin Belarusa qarşı “küskünlüyündən” də danışıb.

“Azərbaycanı dəstəklədiyimə görə məndən incidilər. Tanrı da bilir ki, mən həmişə sağlam düşüncəni dəstəkləmişəm, müharibənin olmamasının tərəfdarı olmuşam, bir-birimizlə vuruşmamaq üçün”, -deyə Lukaşenko əlavə edib.

Belarus Prezidenti xatırladıb ki, o, vaxtilə Azərbaycan və Ermənistan liderləri arasında vasitəçi kimi çıxış edərək münaqişənin sülh yolu ilə həllinə yardım etməyə çalışıb.

“Paşinyan özü Dağlıq Qarabağdan (Azərbaycanın Qarabağ bölgəsi – red.) imtina edib”, -deyə Lukaşenko vurğulayıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*