“Lukaşenko zəhərlənib, tezliklə öləcək” – Qordon AÇIQLADI – VİDEObackend

"Lukaşenko zəhərlənib, tezliklə öləcək" - Qordon AÇIQLADI - VİDEO

“Lukaşenkonu zəhərləyiblər”.

KONKRET.az xəbər verir ki, bunu tanınmış ukraynalı jurnalist, televiziya şərhçisi Dmitri Qordon rusiyalı oliqarx Mixail Xodorkovskinin YouTube kanalına müsahibəsində deyib. O, Belarus Prezidenti Aleksandr Lukaşenkonun zəhərləndiyini açıqlayıb.

Qordon Putini müttəfiqini zəhərləməkdə ittiham edib.

“Lukaşenkoya baxın. Mənə elə gəlir ki, o, zəhərlənib, tezliklə öləcək, diqqətlə baxın”, – deyə jurnalist bildirib.

Eyni zamanda Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi rəhbərinin birinci müavini Konstantin Zatulin Belarus Prezidentinin səhhətinin pis olduğunu bildirib.

Onun sözlərinə görə, söhbət Covid-19-a yoluxmaqdan getmir və Belarus liderinin yəqin ki, istirahətə ehtiyacı var.

Əlavə edək ki, Lukaşenko artıq beş gündür ki, rəsmi tədbirlərdə iştirak etmir.

Moskvada 9 May Qələbə Paradından sonra o, tələsik Minskə gedib və o vaxtdan bəri ictimaiyyət arasına çıxmır.

Daha ətraflı videoda:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*