“Lukaşenkonun səhhəti pisləşib” – Belarus mediası – FOTObackend

"Lukaşenkonun səhhəti pisləşib" - Belarus mediası - FOTO

Lukaşenkonun səhhətinin pisləşdiyi barədə məlumatlar yayılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Belarusun “Zerkalo” qəzeti yazı dərc edib. Qəzet yazır ki, bu gün Belarusda müzakirə olunan əsas mövzulardan biri respublika prezidenti Aleksandr Lukaşenkonun rifahı və sağlamlığıdır.

Xəbər verdiyimiz kimi, dünən Moskvada keçirilən Qələbə Paradında Lukaşenko 300 metr yeriyə bilməyib. Vladimir Putinin mühafizəçiləri onu müşayiət etməli olublar.

Bundan əlavə, Lukaşenko Moskvada əlinin birində sarğı ilə diqqət çəkib. Minsk lideri Putinin adından Kremldə MDB liderləri üçün verilən naharda və qeyri-rəsmi görüşdə iştirak etməyib və tələsik vətəninə qayıdıb.

“Mayın 9-da axşam Lukaşenko qeyd olunan bayram münasibətilə Qələbə abidəsi önünə əklil qoyarkən ənənəvi çıxış etməyib. Bu, görünməmiş hadisədir. Mərasimdə Belarusun müdafiə naziri Viktor Xrenin çıxış edib”, – deyə nəşr yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*