“Lukoil” xaricdəki aktivlərini satdıbackend

“Lukoil” xaricdəki aktivlərini satdı

“Lukoil”in mətbuat relizində bildirildiyinə görə, şirkət Gunvor-un LUKOIL International GmbH-nin satılması ilə bağlı təklifini qəbul edib və başqa potensial alıcılarla danışıqlar aparmamaq öhdəliyini götürüb.

KONKRET.az xəbər verir ki, relizdə qeyd olunur ki, o satış qərarı “bir sıra dövlətlər tərəfindən ‘Lukoil’-ə qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərlə” bağlıdır.

Əməliyyatın şərtləri açıqlanmır.

23 oktyabrda ABŞ Rusiyanın ən iri neft şirkətləri — “Lukoil” və “Rosneft”, eləcə də onların törəmə strukturlarına qarşı sanksiyalar tətbiq etdiyini elan edib.

Reuters-in məlumatına görə, “Lukoil”in beynəlxalq aktivlərini satmaq qərarı, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqədar Qərb sanksiyaları tətbiq edildikdən sonra rus şirkətinin atdığı ən mühüm addım olub.

Gunvor şirkəti isveçli sahibkar Torbjörn Törnqvist və rusiyalı biznesmen Gennadi Timçenko tərəfindən yaradılıb. Timçenko Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinə daxil olan şəxs hesab olunur.

2014-cü ildə, Rusiya Krımı ilhaq etdikdən sonra, Timçenko şirkətdəki payını Törnqvistə satıb ki, Gunvor sanksiyalara məruz qalmasın.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*