Fransanın paytaxtı Parisdə yerləşən Luvr Muzeyində 19 oktyabrda baş verən tarixi zinət əşyaları oğurluğu ilə əlaqədar iki nəfər saxlanılıb.
KONKRET.az xəbər verir ki, onlar “təşkilatlanmış oğurluq” və “cinayətkar dəstə yaratmaq” ittihamları ilə həbs ediliblər.
Paris prokuroru Lor Bekkü bildirib ki, daha beş şübhəli Paris və ətraf ərazilərdə saxlanılıb, lakin oğurlanan əsərlər hələ tapılmayıb.
Natiq Səlim
KONKRET.az
