Aleksey Navalnının anası Lyudmilaya mərhum oğlunun cəsədi göstərilib.
KONKRET.az xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.
“Müstəntiqlər deyirlər ki, ölümün səbəbi məlumdur və bütün tibbi və hüquqi sənədlər əllərindədir. Qanuna görə, dərhal Alekseyin cəsədini mənə verməli idilər, amma indiyə qədər bunu etməyiblər. Əvəzində məni şantaj edirlər”, – deyə Lyudmila Navalnaya bildirib.
Siyasətçinin anasının sözlərinə görə, müstəntiqlər Navalnını gizli dəfn etmək istəyirlər və bununla razılaşmasa, onu hədələyirlər.
“Gözlərimin içinə baxaraq deyirlər ki, gizli dəfn mərasiminə razı olmasam, oğlumun cəsədinə nəsə edəcəklər”, – deyə Lyudmila Navalnaya əlavə edib.
Burhan,
KONKRET.az