Maaş və pensiyalar artır: Bazarlıq edənləri nə gözləyir?backend

Maaş və pensiyalar artır: Bazarlıq edənləri nə gözləyir?

Gələn ilin yanvar ayından minimum əməkhaqqı və pensiyanın artımı gözlənilir. Bu, ictimaiyyətdə müzakirələrə səbəb olub. Az qala hər kəs artımlardan sonra bahalaşmanın pik həddə çatacağından narahatdır.

Maaş və pensiya artsa, bahalıq, inflyasiya olacaqmı?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı-analitik, professor Elşad Məmmədovun fikrincə, minimum əməkhaqqının, pensiyaların, sosial ödənişlərin artımının iqtisadi nəticəsini proqnozlaşdırmaqla, təhlil etməklə reallaşdırmaq lazımdır.

O, Azərbaycanda sosial ödənişlərin artımının iqtisadi nəticələrinin mənfi olacağını düşünmədiyini bildirib:

“Son illərin iqtisadi proseslərini təhlil edərək əminliklə deyə bilərik ki, ölkəmizdə inflyasiya təhlükələri haqqında fikirlər səsləndirilir. Deyilir ki, sosial ödənişlərin artımı inflyasiyanın sürətlənməsinə səbəb olacaq. İlk növbədə inflyasiyanın diaqnostikasını düz aparmalıyıq. Azərbaycandakı inflyasiya tələb inflyasiyası və pul kütləsi ilə bağlı deyil. Əksinə, Azərbaycanda pul kütləsinin qıtlığı müşahidə edilir. Ona görə də hesab edirəm ki, pul kütləsinin, sosial ödənişlərin artımı ilə bağlı inflyasiya gözləntiləri üçün fundamental əsaslar yoxdur”.

İqtisadçı deyib ki, sosial ödənişləri artırmaqla bərabər, həm də iqtisadiyyatda yatırımları, investisiyaları artırmalıyıq ki, daha çox yerli məhsul istehsal olunsun:

“Beləliklə də, əhali onda olan vəsaiti daha çox bazarda yerli məhsulun əldə olunmasına istifadə etsin. Bununla da iqtisadiyyatımıza təkan vermiş olarıq. Eyni zamanda bu, sosial baxımdan olduqca çox önəmlidir. Çünki hər bir sosial-iqtisadi siyasətin əsas hədəflərindən biri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması olmalıdır”./ Globalinfo.az

  • Namiq
    Oktyabr 17, 2024 - 20:25

    İnvestisiyanı mopolistlər yatırır, dövlətdən subsidiyasını, sğortasını alır, qiyməti istədiyi kimi qaldırır. Yenə də kasıbın canı çıxır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*