Maaşlarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏRbackend

Maaşlarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Bəzi vətəndaşlar ümumi yaşam xərclərini qarşılayacaq qədər gəlir əldə edə bilmədiklərindən şikayətlənirlər. Xüsusilə bahalaşma tendensiyası fonunda narazılıqlar yaranır. Bu da cəmiyyətdə əməkhaqqı məsələsinin daha geniş müzakirəyə çıxmasına səbəb olur.

Qeyd edək ki, hazırda ölkədə orta aylıq əməkhaqqı 1084 manat, minimum isə 400 manat olaraq müəyyən edilib.

Bir ailənin normal yaşaması üçün nə qədər vəsaitə ehtiyac var?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli deyib ki, bu gün bir yerdə çalışmaq kifayət etmir:

“Ümumiyyətlə, gündəlik gedişhaqqı, istirahət, uşağın təhsil xərcləri və sair nəzərə alınarsa, kifayət qədər vəsait olmalıdır. Elə iş seçməliyik ki, xərclərimizi qarşılaya bilək. Digər tərəfdən, qiymətlər hər il artır. 15-20 il əvvəl hansısa avtomobil modelini 20 min dollara almaq olurdusa, indi bu, mümkün deyil. Həm dollar, həm də manatla dəyərləndirsək, vəziyyət dəyişmir. Azərbaycanda daxili iqtisadiyyatın mühüm hissəsini artıq özəl sektor təşkil edir. Adi vətəndaşların, istehlakçıların müəyyən orta səviyyədə maaşı formalaşıb. Bəziləri çox gəlir əldə edə bilsələr də, başqalarında bu, alınmır. Maaşın az olması ilə bağlı kimisə günahlandıra bilmərik, çünki kapitalizm dövründə yaşayırıq. Yaxşı yaşamaq xərclərimizdən asılıdır. Konkret rəqəm demək olmasa da, düşünürəm ki, bir ailənin normal dolanması üçün ayda təxminən 3 min manat civarında gəlir olmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*