Macarıstan Bolqarıstanın Şengen zonasına daxil olmasına görə qoyduğu vetonu ləğv edib.
KONKRET.az xəbər verir ki, bu barədə Macarıstanın Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.
O bildirib ki, buna səbəb Bolqarıstanın Rusiya qazının öz ərazisindən tranziti üçün artan rüsumları ləğv etməsidir.
“Bolqarıstan tərəfi yanacağın daşınmasına görə rüsumlar haqqında qanunun qüvvəyə mindiyi və müvafiq layihənin rəsmi sənədlər toplusuna daxil edildiyi barədə Macarıstanı məlumatlandırıb. Macarıstana təbii qaz tədarükünə görə əlavə vergini ləğv edən qanun rəsmən dərc edilib”, – deyə Peter Siyarto bildirib.
Burhan,
KONKRET.az