Macarıstan İsveç və Finlandiyanın NATO-ya qoşulmasını DƏSTƏKLƏYİRbackend

Macarıstan İsveç və Finlandiyanın NATO-ya qoşulmasını DƏSTƏKLƏYİR

Macarıstanın Baş naziri Viktor Orban tviter hesabında İsveç və Finlandiyanın NATO-ya qoşulmasını dəstəklədiyini bildirib.

KONKRET.azKommersant”a istinadən xəbər verir ki, Macarıstan və Türkiyə alyansın genişlənməsini ratifikasiya etməmiş son iki ölkədir.

Orban bildirib ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiyası məsələsi artıq ölkə parlamentinin 2023-cü ildə keçiriləcək ilk iclasının gündəliyinə daxil edilib.

Məlumata görə, Polşanın Baş naziri Mateuş Moravetski Viktor Orbandan İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sazişlərin ratifikasiya edilməsini xahiş edib.

Qeyd olunub ki, Türkiyə çox güman ki, ilin sonuna qədər İsveçin alyansa qəbulu ilə bağlı ərizəni imzalamayacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*