Macarıstan Rusiyanın şərtləri ilə razılaşdıbackend

Macarıstan Rusiyanın şərtləri ilə razılaşdı

Macarıstan Rusiya nefti və qazı üçün bu ölkənin tətbiq etdiyi ödəniş sxemindən istifadə edəcək.

KONKRET.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Péter Szijyarto CNN-ə açıqlamasında bu məlumatı təsdiqləyib.

Diplomat izah edib: “Bizim qazın 85 faizi, neftimizin 65 faizi Rusiyadan gəlir. Niyə? Çünki bunu infrastruktur müəyyən edir. Əylənmək üçün deyil, vəziyyəti biz seçməmişik” dedi.

Szijarto əlavə edib ki, Macarıstanın yaxın bir neçə il ərzində Rusiyadan enerji idxalını dayandırmağa imkan verəcək alternativ mənbələri və ya marşrutları yoxdur.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*