Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, Budapeşt Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasına mane olacaq.
KONKRET.az xəbər verir ki, Macarıstan mətbuatına müsahibə verən baş nazir bilidirib ki, Avropa İttifaqı dəhşətli səhv etmək üzrədir.
26 ölkə səhv etmək istəsə də, yalnız biz bunun əleyhinəyik. Macarıstan onların bunu etməsinə mane olacaq. Macarıstanın mövqeyi ondan ibarətdir ki, əgər biz Ukraynaya dəstək vermək istəyiriksə? bunun çıxış yolu Aİ-yə üzvlük deyil.
Ona görə də üzvlük məsələsini gündəmdən çıxarın. Macarıstan buna razı olmadığı üçün bu yol bağlıdır”.
Vəli Həsənov,
KONKRET.az