“Macarıstan və Slovakiya Rusiyadan neft tranzitinin dayandırılması ilə bağlı Ukraynaya qarşı icraatdan əvvəl Avropa Komissiyası (AK) ilə məsləhətləşmələrə start verib”.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.
Onun sözlərinə görə, “Ukraynanın elektrik enerjisini Macarıstandan idxal etdiyini nəzərə alsaq, neft tranzitinin dayandırılması düşməncəsinə qərardır”.
O, həmçinin qeyd edib ki, Macarıstan və Slovakiya Ukrayna ərazisindən neft tranzitinin tezliklə həll oluna bilməyəcəyi təqdirdə, bu məsələnin hüquqi həlləri üzərində işləyir.
Rəsmiyyə Şərifova,
KONKRET.az