Mağazalarda “Siqaret çəkən kolbasa”lar satılır – FOTObackend

Mağazalarda “Siqaret çəkən kolbasa”lar satılır - FOTO

Bakıda “siqaret çəkən kolbasa” satırlar.

KONKRET.AZ xəbər verir ki, bu barədə məlumatı alıcılar BAKU.WS-in “qaynar xətti”nə göndəriblər.

Bildirilir ki, mağazalardan alınan Belarusda istehsal olunan kolbasanın üzərindəki Azərbaycan dilindəki tərcümə düzgün edilməyib.

Çünki Belarus istehsalı olan “Белорусская традиция”, yarlıqlı “Замковая” adlı kolbasanın adı düzgün tərcümə edilməyib. Məhsulun adını “Saray” kimi tərcümə ediblər.

Qeyd edək ki, məhsulun adı tərcümə edilmir. Sadəcə əcnəbi adlar Azərbaycan dilinə uyğunlaşdırılır.

Təbii ki, ilk baxışdan bu gülməli görünə bilər. Lakin bu və buna oxşar faktlar çox acınacaqlı məqamlardandır. Ekspertlər də məsələnin çox ciddi olduğunu bildirirlər.

“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov bildirib ki, qeyd edilən fakt qanun pozuntusudur.

“İstehlakçı mal haqqında mütləq ana dilində məlumat almalıdır. “İstehlakçıların Hüquqlarının Müdafiəsi” haqqında və “Yeyinti Məhsullar” haqqında qanunlarda birmənalı şəkildə göstərilir ki, ölkənin əmtəə bazarında satılan xarici istehsal olan ərzaq mallarının üstündə əcnəbi dillə yanaşı Azərbaycan dilində də yazılmalıdır.

Bəzən sahibkarlar xarici malların tərkibinindəki zərərli maddələri gizlədirlər. Bəzən isə məhsulun içindəki məhsulları düzgün tərcümə etmirlər.

Bəzən də məhsulun adı düzgün tərcümə edilmir. Bu istehlakçının informasiya almaq hüququnun pozulması deməkdir.

Təəssüf ki, bəzən məhsulun üzərindəki yazılar qeyri-peşəkarlar tərəfindən tərcümə edilir. Onun üzərinə vurulan yarlıqdakı yazılar məhsulun adı və keyfiyyətilə də uzlaşmır” , – deyə E.Hüseynov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*