backend

Magistraturada dərslərin başlaması ilə bağlı RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi ali məktəblərin magistratura səviyyəsində əyani dərslərin nə vaxt bərpa olunacağı məsələsinə aydınlıq gətirib.

Nazirlikdən KONKRET.aza bildirilib ki, bu ilin 15 fevral tarixindən ali təhsil müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunması nəzərdə tutulub. Həmin qərar magistratura səviyyəsində təhsil alanlara da şamil olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*