Magistraturaya ixtisas seçimin nəticələri bu tarixdə AÇIQLANACAQbackend

Magistraturaya ixtisas seçimin nəticələri bu tarixdə AÇIQLANACAQ

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi iyulun 16-da saat 23:59-da başa çatıb.

Hələlik nəticələr ictimaiyyətə təqdim olunmayıb.

KONKRET.az xəbər verir ki, modern.az məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, materialların emalı prosesi başa çatdıqdan sonra nəticələr elan olunacaq. Bu səbəbdən də dəqiq tarix və saatı əvvəlcədən demək mümkün deyil.

Qeyd olunub ki, prosesin cari həftənin sonunadək yekunlaşacağı ehtimal edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*