Magistraturaya sənəd verənlərin NƏZƏRİNƏ: Qiyabi təhsil almaq istəsəniz…backend

Magistraturaya sənəd verənlərin NƏZƏRİNƏ: Qiyabi təhsil almaq istəsəniz...

Azərbaycanda son günlər magistraturaya qəbul prosesi ilə bağlı ciddi müzakirələr gedir. 2025-ci il üzrə qəbulda 3700 yerin boş qalması, o cümlədən 1200 dövlət sifarişli plan yerinin seçilməməsi mövzunu aktuallaşdırıb. Maraqlıdır, yaxın illərdə Azərbaycanda qiyabi magistraturanın yenidən tətbiq olunması ehtimalı varmı?

Təhsil eksperti Məzahir Məmmədli KONKRET.az-a açıqlamasında bildirib ki, magistraturaya marağın azalmasının əsas səbəblərindən biri hərbi xidmətdən möhlət hüququ amilinin əvvəlki kimi önəm daşımamasıdır:

Nazirlik təhsil mediası ilə bağlı təşəbbüs irəli sürməlidir” - Dəstək... | AzEdu.az

“İndiyədək magistratura və doktorantura oğlan bakalavrlara əsasən hərbi xidmətdən möhlət hüququ verdiyi üçün cəlbedici idi. Lakin bu motivasiya da zəifləyib. Bu səbəbdən gənclərin magistraturaya həvəsi azalıb”.

Ekspert qiyabi magistraturanın yenidən tətbiq olunması məsələsinə də toxunub:

“Əgər qiyabi sistem olsa, maraq arta bilərmi? Bunun nə dərəcədə effektiv olacağı sual altındadır. Magistratura artıq beynəlxalq konsensiya və standartlarla tənzimlənən mərhələdir. Mən qiyabi magistraturanı real hesab etmirəm. Hazırda ölkədəki 51 universitetdən yalnız təxminən 10-u bu standartlara cavab verə bilər”.

Məzahir Məmmədli həmçinin vurğulayıb ki, magistratura doktoranturaya keçid mərhələsi olsa da, gənclərin elmə marağı kifayət qədər zəifdir:

“Doktorantura bitirənlərin çoxu özünü Elmlər Akademiyasında və ya ali məktəblərdə görür. Amma bu da problemlər yaradır. Elmlər Akademiyasının orta yaş həddi 71-dən yuxarıdır. Belə şəraitdə gənclərin yaradıcı mühit tapması çətinləşir. Akademiklər gənclərə meydan verməli, onların elm sahəsində özünü sınamasına imkan yaratmalıdırlar”.

Ekspertin sözlərinə görə, magistraturanın qiyabi formada bərpası yaxın illərdə gözlənilmir və problemin həlli daha çox təhsildə keyfiyyətli mühitin yaradılmasından keçir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*